HAQQIMIZDA

“ARI” təhsil mərkəzi 2010-cu ildən fəaliyyət göstərən Beynəlxalq Dil və İmtahan Mərkəzinin (BDM) təcrübəsi əsasında yaradılıb. Mərkəz müraciətçinin xarici universitet seçimində, sənədləşmə və viza alınması prosesində yaxından iştirak edir.

Beynəlxalq Dil və İmtahan Mərkəzinin (BDM) xaricdə təhsil sahəsində qazandığı zəngin təcrübəni hazırda “ARI” davam etdirir. Mərkəz indi daha çox ölkə, universitet və ixtisası əhatə etməklə müraciətçilərə geniş seçim imkanı yaradır.

Artıq hər bir gənc bilir ki, uğurlu karyera üçün universitet və ixtisas seçimi nə qədər vacibdir.  “ARI” öz təcrübəsi ilə gənclərin yanındadır. Mütəxəssislərimiz davamlı araşdırmalar və xarici həmkarları ilə müzakirələr nəticəsində əldə etdikləri məlumatları onlarla paylaşmağa hazırdırlar. Biz uyğun universitet və ixtisas seçməklə yanaşı, təsirli motivasiya məktubu yazmaqda, sənədləşmə işini qüsursuz şəkildə yerinə yetirməkdə və viza almaqda da sizə kömək edəcəyik.

“ARI” nə təklif edir: 

  • Bakalaviatura təhsili  
  • Magistratura təhsili
  • Doktorantura təhsili
  • Dil kursları
  • Orta məktəb təhsili
  • Yay məktəbləri
  • Təqaüd proqramları
  • Viza dəstəyi
  • Motivasiya məktubu   
                                                                    

 

XARİCDƏ TƏHSİL BLOQU

TƏLƏBƏ RƏYLƏRİ

XARİCDƏ TƏHSİL XƏBƏRLƏRİ

Partnyorluqlar

“ARI” xaricdə təhsil mərkəzi partnyorluq şəbəkəsini genişləndirməyə davam edir. 
Mərkəzin direktoru İnarə Əliyeva qış sessiyasından öncə Türkiyənin bir neçə universitetində görüşlər keçirib. Koç Universiteti, Üsküdar Universiteti, Başkent Universiteti, Sabancı Universiteti, Acıbadem Universiteti və Bahçeşehir Universitetində baş tutan görüşlərdən sonra sözügedən təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalanıb. 
“ARI” xaricdə təhsil almaq istəyən tələbələrə ən yaxşı variantlar təklif edə bilmək üçün araşdırmalarını davam etdirməkdə və müxtəlif ölkələrin nüfuzlu universitetləri ilə danışıqlar aparmaqdadır.

Almaniya və Avstriyada təhsil seminarı

Tələbələrimiz üçün daha bir uğurlu tədbir keçirdik. “ARI” xaricdə təhsil mərkəzinin və Beynəlxalq Dil və İmtahan Mərkəzinin birgə təşkil etdiyi "Almaniya və Avstriyada təhsil" seminarı böyük maraqla qarşılandı.

Seminarın çıxışçıları “ARI” xaricdə təhsil mərkəzinin direktoru, alman dili üzrə beynəlxalq imtahangötürmə lisenziyasına sahib olan tanınmış təhsil eksperti İnarə Əliyeva, Avstriya Mübadilə Xidməti (OeAD) Bakı ofisinin rəhbəri Noemi Tankzos və DAAD lektoru Ludmilla Klotz idi.

Öncə İnarə Əliyeva Almaniyada təhsil barədə geniş məlumat verdi. Noemi Tanczos Avstriyadakı təhsil və ÖSD imtahanı haqda danışdı. Ludmilla Klotz isə DAAD proqramlarını tanıtdı. Sonra iştirakçıların çoxsaylı suallarına cavab verildi.

“ARI”nın seminarları davam edəcək. Növbəti seminarın hansı ölkələri əhatə etməsini istərdiniz? Lütfən, şərh bölməsinə maraqlandığınız ölkəni qeyd edin.

Belçikada təhsil seminarı

Belçikanın Löven Katolik Universitetində təhsil alan Atabəy Cəmili “ARI”da keçirilən seminarda Belçikadakı tələbə həyatı, təhsil sistemi, imtahanlar haqda ətraflı məlumat verdi.

Belçikada xarici tələbə olmaq çətindirmi? Belçikanın təhsil sistemi nə ilə fərqlənir? Birinci kurs tələbəsi Atabəy Cəmili Belçikadakı tələbə həyatından danışır.

Türkiyədə təhsil almaq istəyənlər üçün möhtəşəm fürsət!

Türkiyədə təhsil almaq istəyənlər üçün möhtəşəm fürsət! Xarici tələbələr üçün nəzərdə tutulan “Türkiye Bursları” təqaüd proqramına qeydiyyat başladı. Bu proqramda tələbələrə pulsuz təhsil, yataqxana, qidalanma, tibbi sığorta, təyyarə bileti və üstəlik əlavə təqaüd təklif edilir. Uğurla təhsil alan tələbələrə ikiqat təqaüd almaq imkanı verilir.

Türkiyənin nüfuzlu universitetlərində tibb, mühəndislik, beynəlxalq münasibətlər, maliyyə, beynəlxalq ticarət, dizayn və digər ixtisaslar üzrə təqaüdlə təhsil almaq imkanı sizi gözləyir!

Ali təhsilin BÜTÜN pillələri üzrə sənədləşmə prosesinin qüsursuz yerinə yetirilməsi üçün vaxt itirmədən “ARI”ya gəlin.

Sizə təqaüd proqramına onlayn qeydiyyatdan keçməkdə, tövsiyə və niyyət məktubları, müasir formatda tərcümeyi-hal yazmaqda kömək edəcəyik. Türkiyədəki tələbə həyatı haqqında ətraflı məlumat da bonus olsun!

Tələbələr Azərbaycanda olmayan hansı ixtisasları xaricdə oxumağa üstünlük verirlər?

Tələbələr Azərbaycanda olmayan hansı ixtisasları xaricdə oxumağa üstünlük verirlər? 
Hansı ixtisaslar üçün hansı ölkələr seçilir? 
“ARI” xaricdə təhsil mərkəzinin direktoru İnarə Əliyeva müraciətçilərə təklif etdikləri yeni ixtisaslar haqqında məlumat verir.