Xaricdə bakalaviatura

XARİCDƏ BAKALAVİATURA TƏHSİLİ

Xaricdə bakalavriatura təhsili almaq üçün doğru ünvandasınız. Xaricdə necə təhsil ala bilərəm? Xaricdə hansı universitetdə oxuya bilərəm? Xaricdə universitet tələbəsi olmaq üçün nə etməli? Xaricdə təqaüdlü təhsil mümkündürmü? Hansı təqaüd proqramları mövcuddur və qəbul şərtləri nələrdir? Hansı sənədləri toplamalıyam? 

“ARI” xaricdə təhsil mərkəzi xaricdə bakalaviatura təhsili almaq istəyən müraciətçilərə zəngin təcrübəsi sayəsində çoxlu sayda universitet və ixtisas təklif edə bilir. Ən uyğun variantı seçmək üçün təcrübəli əməkdaşlarımız bütün suallarınıza cavab verməyə hazırdır. 

Universitetə xaricdə başlamaq olduqca cəsarətli qərardır. Bu qərarın uğurlu nəticəsini görmək üçün xaricdəki universiteti də, təşkilatçı qurumu da diqqətlə seçmək lazımdır.    

Avropa, Amerika və Asiyada tanınmış universitetlərə qəbul olunmaq kənardan göründüyü qədər çətin deyil. Orta məktəb balına və dil biliyinə güvənən hər bir gənc bu universitetlərə müraciət edə bilər. Universitet xərclərinə gəlincə, hər bir təhsil müəssisəsi fərqli qaydalar tətbiq edir. Tamamilə ödənişsiz olan, qismən ödəniş tələb edən universitetlərlə yanaşı, təqaüd proqramları təklif edən ali məktəblər də var. “ARI” xaricdə təhsil mərkəzində ən doğru variantı seçəcəyinizə əmin ola bilərsiniz. 

Xaricdə oxumaq üçün həm dövlət, həm də özəl universitetləri nəzərdən keçirə bilərsiniz. Bir məsələdə xüsusilə diqqətli olmalısınız: təhsil aldığınız universitetin diplomu Azərbaycan dövləti tərəfindən tanınmalıdır. Hansı universitetlərin diplomlarının tanınması barədə ətraflı məlumatı da mərkəzimizdən ala bilərsiniz.  

Gələcəyin ixtisasını seçməkdə də “ARI” yanınızdadır. Əmək bazarında yerini möhkəmlətməkdə olan ixtisaslar barədə geniş məlumat bazamız var. Orta məktəbi bitirmisiniz, Azərbaycandakı fakültənizi davam etdirmək istəyirsiniz, yaxud ixtisasınızı dəyişdirmək arzusundasınız – mərkəzimizin koordinatorları sizə çoxsaylı variantlar təklif edəcək.  

“ARI” xaricdə təhsil mərkəzi evdən uzaqdakı tələbə həyatınızın daha rahat keçməsi üçün təqaüd proqramlarına müraciəti də öz üzərinə götürür. Təhsilə başladıqdan sonra da “ARI” sizinlə olacaq. Yaşadığınız ölkədən bizimlə əlaqə saxlayaraq xaricdə dil kursları, yay məktəbləri, xaricdə magistratura təhsili barədə məlumatlar ala bilərsiniz.  

XARİCDƏ TƏHSİL BLOQU

TƏLƏBƏ RƏYLƏRİ

XARİCDƏ TƏHSİL XƏBƏRLƏRİ

Macarıstanda TƏQAÜDLÜ magistratura təhsili!

🔬📗 Qida təhlükəsizliyi və ya keyfiyyət mühəndisliyi üzrə TƏQAÜDLÜ magist təhsili almaq istəyirsiniz? Macarıstana buyurun! 🇭🇺

Təhsil haqqı, yataqxana, yaşayış xərci və tibbi sığortanı əhatə edən təqaüd üçün son müraciət tarixi: 28 fevral. 🔔
Çox az vaxtımız var. “ARI”da gözləyirik!

📍 Fətəli xan Xoyski prospekti, 108b
AZ1072, Bakı, Azərbaycan.
☎️ +994 12 480 40 28
📞 +994 55 224 00 54
🖥 www.aritehsil.az
📧 hello@aritehsil.az

Belçikada təhsil seminarı

Belçikanın Löven Katolik Universitetində təhsil alan Atabəy Cəmili “ARI”da keçirilən seminarda Belçikadakı tələbə həyatı, təhsil sistemi, imtahanlar haqda ətraflı məlumat verdi.

Belçikada xarici tələbə olmaq çətindirmi? Belçikanın təhsil sistemi nə ilə fərqlənir? Birinci kurs tələbəsi Atabəy Cəmili Belçikadakı tələbə həyatından danışır.

"Türkiye bursları"nı necə qazanmalı?

🔰 “ARI”nın növbəti seminarı “Türkiye Bursları” təqaüd proqramına həsr olunmuşdu.

Bu dəfə sözügedən təqaüd proqramı ilə 🇹🇷 Koç Universitetinin 1-ci kursunda təhsil alan Azad Aslanlı həm təqaüdü necə qazanmasından danışdı, həm də oxuduğu universitetdəki təhsil mühiti haqqında suallara cavab verdi. 🧑🏻‍💼

🔺 Seminarlarımız davam edəcək. Öncəki seminarlarımız və xaricdə təhsil tövsiyələrimiz üçün Youtube kanalımızı izləməyi unutmayın. ▶️

ARI Azərbaycan Dillər Universitetinin tələbələrinin görüşünə gəldi

ARI Azərbaycan Dillər Universitetinin tələbələrinin görüşünə gəldi. 🗓️

Görüşdə Mərkəzimizin Direktoru İnarə Əliyeva xaricdə təhsilin önəmi, ixtisaslara uyğun olaraq xaricdə təhsilin planlaşdırılması, tələb olunan beynəlxalq imtahanlar, sertifikatlar və s. mövzular haqqında ətraflı məlumatlar verdi. 🙌

Tədbirin ikinci hissəsində isə tələbələrin sualları cavablandırıldı. 🎁

Sonda isə tələbələr ilə xatirə şəkli çəkildi. 📷

📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35

📞 +994 55 224 00 54

“ARI” xarici təhsil mərkəzinin “8 qız – ∞ ümid” layihəsinin qalibləri açıqlanıb

“ARI” xarici təhsil mərkəzinin reallaşdırdığı “8 qız – ∞ ümid” layihəsi başa çatıb. Şirkət çoxsaylı müraciətçilər içindən seçdiyi 8 qalibin adını açıqlayıb. Öncədən elan edildiyi kimi, xaricdə təhsil almaq arzusunda olan və xaricdə təhsil tələblərinə cavab verən 8 qıza tam ödənişsiz xidmət göstəriləcək.

Artıq 8 qaliblə müqavilələr imzalanıb, xarici universitetlərə müraciətlər başlayıb!

Afərin, qızlar! Qəbul xəbərlərinizi paylaşacağımız günü səbirsizliklə gözləyirik!