Xaricdə Təqaüd proqramları

XARİCDƏ TƏQAÜD PROQRAMLARI

 

XARİCDƏ TƏHSİL BLOQU

TƏLƏBƏ RƏYLƏRİ

XARİCDƏ TƏHSİL XƏBƏRLƏRİ

“ARI” xarici təhsil mərkəzinin “8 qız – ∞ ümid” layihəsinin qalibləri açıqlanıb

“ARI” xarici təhsil mərkəzinin reallaşdırdığı “8 qız – ∞ ümid” layihəsi başa çatıb. Şirkət çoxsaylı müraciətçilər içindən seçdiyi 8 qalibin adını açıqlayıb. Öncədən elan edildiyi kimi, xaricdə təhsil almaq arzusunda olan və xaricdə təhsil tələblərinə cavab verən 8 qıza tam ödənişsiz xidmət göstəriləcək.

Artıq 8 qaliblə müqavilələr imzalanıb, xarici universitetlərə müraciətlər başlayıb!

Afərin, qızlar! Qəbul xəbərlərinizi paylaşacağımız günü səbirsizliklə gözləyirik! 

John Hopkins Universitetinin tələbəsi Amerikada Magistratura təhsili haqqında danışdı

Noyabrın 23-ü mərkəzimizdə “Amerikada Magistratura təhsili” adlı seminar keçirildi.

Seminarda John Hopkins Universitetinin tələbəsi Kürşat Gök öz təcrübələrini bölüşdü və tələbələrimizin suallarını cavabladı.

Özyeğin Universitetinin nümayəndəsi ilə görüş

30 noyabr tarixində mərkəzimizdə Özyeğin Universitetinin nümayəndəsinin iştirakıyla seminar keçirildi.

Seminarda universitetin qəbul şərtləri, tədris proqramı və s. mövzular müzakirə olundu. 

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin yeni ofisinin rəsmi açılış tədbiri

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin yeni ofisinin rəsmi açılış tədbiri keçirilib. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Elm və təhsil nazirliyinin nümayəndələri, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış tədbirində çıxış edən ARI Beynəlxalq Dil və İmtahan mərkəzinin direktoru İnarə Əliyeva qonaqları salamlayaraq mərkəzin fəaliyyəti, uğurları və hədəfləri haqqında məlumat verib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin sədr müavini, professor cənab Musa Qasımlı, Milli Məclisin üzvü, deputat cənab Naqif Həmzəyev, Milli Məclisin üzvü, deputat cənab Ramil Həsən, Avstriya səfirliyinin konsulu cənab Gerhard Lutz, Türkiyə səfirliyinin təhsil müşaviri cənab Ali Rıza Altunel, Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Tobias Bauman, TRT Bakı təmsilçisi, dəyərli Murat Akkoç, YAP Yasamal rayon təşkilatının sədri cənab Bəxtiyar Nəbiyev elm və təhsilin inkişafı istiqamətində ARI-ya uğurlar arzulayıblar.

2010-cu ildən etibarən fəaliyyət göstərən ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin Elmlər Akademiyası yaxınlığında yerləşən yeni ofisi tələbələr üçün daha əlçatan olacaq.
Mərkəzdə alman, ingilis, fransız və digər bu kimi dillərin tədrisi ilə yanaşı ABŞ, Kanada, Almaniya, Türkiyə və müxtəlif Avropa ölkələrində təhsil almaq istəyən tələbələrə konsultasiya xidməti göstərilir, onlara individual olaraq ən uyğun və doğru istiqamətlənmiş yol xəritəsi təqdim edilir.

Tələbələr həmçinin, yüksək ixtisaslı peşəkar müəllim heyəti tərəfindən SAT, TOEFL, IELTS kimi beynəlxalq ingilis dili imtahanlarına tam məsuliyyətlə hazırlaşırlar. Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan mərkəzi alman dili üzrə beynəlxalq imtahan hesab edilən ÖSD və TELC imtahan mərkəzinin rəsmi və yeganə təmsilcisidir.

Bütün bu xidmətlərdən yararlanmaq istəyən şəxslər məkrəzin yeni ofisinə yaxınlaşa və ya sosial media hesablarından ətraflı məlumat əldə edə bilərlər.
 

Belçikada təhsil seminarı

Belçikanın Löven Katolik Universitetində təhsil alan Atabəy Cəmili “ARI”da keçirilən seminarda Belçikadakı tələbə həyatı, təhsil sistemi, imtahanlar haqda ətraflı məlumat verdi.

Belçikada xarici tələbə olmaq çətindirmi? Belçikanın təhsil sistemi nə ilə fərqlənir? Birinci kurs tələbəsi Atabəy Cəmili Belçikadakı tələbə həyatından danışır.