Xaricdə dil kursları

XARİCDƏ DİL KURSLARI

“ARI” xaricdə təhsil mərkəzi xaricdə dil öyrənmək arzunuzu reallaşdırmaq üçün xidmətinizdədir. Biz 10 illik bir təcrübəyə – Beynəlxalq Dil və İmtahan Mərkəzinin fəaliyyətinə əsaslanan portfoliomuzla sizin tələblərinizə cavab verə biləcəyimizə əminik.

Xarici dili tez və keyfiyyətli öyrənmək hər kəsin arzusudur. Məktəbdə, universitetdə və ya işdə öyrənilən xarici dili sürətlə təkmilləşdirib yüksək səviyyəyə çatdırmaq xəyal deyil. Ən effektiv metodlardan biri xarici dil kurslarında iştirak etməkdir.

“ARI” xaricdə təhsil mərkəzi əsasən ingilis və alman dilləri üzrə xarici dil kursları ilə əməkdaşlıq edir. Almaniya və İngiltərədəki tanınmış dil kursları istədiyiniz sahəyə aid, dil səviyyənizə uyğun və arzuladığınız müddətdə intensiv dil dərsləri ilə sizi qarşılamağa hazırdır. Xarici dil kursuna yazılmadan öncə mərkəzimizdə dil səviyyənizi də dəqiq öyrənə bilərsiniz.

Xaricdəki kursla bağlı qərar qətiləşdikdən sonra bütün proses “ARI” xaricdə təhsil mərkəzinin nəzarəti altında həyata keçirilir. Qəbul üçün müraciət, qeydiyyat üçün yazışma, viza almaq kimi sənədləşmə işləri yüksək peşəkarlıqla yerinə yetirilir. 

Xarici dil kurslarına ilin istənilən fəslində getmək mümkündür. Qış və ya yay tətilində, yaxud Azərbaycanda olan uzunmüddətli bayram günlərini əsas götürərək, hətta işdən icazə ala bilirsinizsə, məxməri payızda dil biliklərinizi artırmaq üçün xaricə gedə bilərsiniz.

Xarici dil kursu üçün hansı ölkəyə getməyinizdən asılı olmayaraq, “ARI” xaricdə təhsil mərkəzi sizi həmin ölkə ilə bağlı bütün əsas məlumatlarla – tarixi, görməli yerləri, muzey və teatrları, ən dadlı qəhvə dükanının yeri, təmin edəcək. 

XARİCDƏ TƏHSİL BLOQU

TƏLƏBƏ RƏYLƏRİ

XARİCDƏ TƏHSİL XƏBƏRLƏRİ

Macarıstanda TƏQAÜDLÜ magistratura təhsili!

🔬📗 Qida təhlükəsizliyi və ya keyfiyyət mühəndisliyi üzrə TƏQAÜDLÜ magist təhsili almaq istəyirsiniz? Macarıstana buyurun! 🇭🇺

Təhsil haqqı, yataqxana, yaşayış xərci və tibbi sığortanı əhatə edən təqaüd üçün son müraciət tarixi: 28 fevral. 🔔
Çox az vaxtımız var. “ARI”da gözləyirik!

📍 Fətəli xan Xoyski prospekti, 108b
AZ1072, Bakı, Azərbaycan.
☎️ +994 12 480 40 28
📞 +994 55 224 00 54
🖥 www.aritehsil.az
📧 hello@aritehsil.az

QƏBULUMUZ VAR! - Fəridə Səfərli

 “ARI”ya okeanın o tayından cavab gəldi! Tələbəmiz Fəridə Səfərli ABŞ-ın tanınmış universitetlərindən USF-ə (University of South Florida), biotibb mühəndisliyi ixtisasına qəbul olunub! 🔺 Həm də 75% “USF Green and Gold Presidental Award” təqaüdü ilə!

🎈 Tələbə adın mübarək, əziz Fəridə! Sənə Amerikada uğurlar!

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin yeni ofisinin rəsmi açılış tədbiri

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin yeni ofisinin rəsmi açılış tədbiri keçirilib. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Elm və təhsil nazirliyinin nümayəndələri, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış tədbirində çıxış edən ARI Beynəlxalq Dil və İmtahan mərkəzinin direktoru İnarə Əliyeva qonaqları salamlayaraq mərkəzin fəaliyyəti, uğurları və hədəfləri haqqında məlumat verib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin sədr müavini, professor cənab Musa Qasımlı, Milli Məclisin üzvü, deputat cənab Naqif Həmzəyev, Milli Məclisin üzvü, deputat cənab Ramil Həsən, Avstriya səfirliyinin konsulu cənab Gerhard Lutz, Türkiyə səfirliyinin təhsil müşaviri cənab Ali Rıza Altunel, Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Tobias Bauman, TRT Bakı təmsilçisi, dəyərli Murat Akkoç, YAP Yasamal rayon təşkilatının sədri cənab Bəxtiyar Nəbiyev elm və təhsilin inkişafı istiqamətində ARI-ya uğurlar arzulayıblar.

2010-cu ildən etibarən fəaliyyət göstərən ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin Elmlər Akademiyası yaxınlığında yerləşən yeni ofisi tələbələr üçün daha əlçatan olacaq.
Mərkəzdə alman, ingilis, fransız və digər bu kimi dillərin tədrisi ilə yanaşı ABŞ, Kanada, Almaniya, Türkiyə və müxtəlif Avropa ölkələrində təhsil almaq istəyən tələbələrə konsultasiya xidməti göstərilir, onlara individual olaraq ən uyğun və doğru istiqamətlənmiş yol xəritəsi təqdim edilir.

Tələbələr həmçinin, yüksək ixtisaslı peşəkar müəllim heyəti tərəfindən SAT, TOEFL, IELTS kimi beynəlxalq ingilis dili imtahanlarına tam məsuliyyətlə hazırlaşırlar. Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan mərkəzi alman dili üzrə beynəlxalq imtahan hesab edilən ÖSD və TELC imtahan mərkəzinin rəsmi və yeganə təmsilcisidir.

Bütün bu xidmətlərdən yararlanmaq istəyən şəxslər məkrəzin yeni ofisinə yaxınlaşa və ya sosial media hesablarından ətraflı məlumat əldə edə bilərlər.
 

Həkimlərimizlə keçirilən möhtəşəm görüş

Almaniyada yaşayıb, fəaliyyət göstərən dəyərli həkimlərimizlə keçirilən möhtəşəm görüşdən görüntüləri təqdim edirik. 🤩

Çoxsaylı marağa səbəb olan görüşdə Almaniyada FSP imtahanı, Approbation qaydaları, Berufserlaubnis (iş icazəsi) və s. məlumatlar verildi və iştirakçıların sualları cavablandırıldı.

Qeyd edək ki, mərkəzimizdə mütəmadi olaraq təhsilin müxtəlif qolları üzrə seminar və təlimlər keçilir, görüşlərimizi qaçırmamaq üçün bizi izləmədə qalın. 🙂

📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35

📞 +994 55 224 00 54

#rezidentura #approbation #seminar

#aritehsil #aribilir

Növbəti yay məktəbimiz Vyana şəhərində!

Növbəti yay məktəbimiz Vyana şəhərində! 🇦🇹

☀️ Tətil günlərinə xüsusi rəng qatan tələbələrimizin görüntülərini sizə təqdim edirik. 📸

📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35

📞 +994 55 224 00 54