Xaricdə magistratura

XARİCDƏ MAGİSTRATURA, MBA və DOKTORANTURA TƏHSİLİ

XARİCDƏ TƏHSİL BLOQU

TƏLƏBƏ RƏYLƏRİ

XARİCDƏ TƏHSİL XƏBƏRLƏRİ

İmtahanı “ARI”da ver, sentyabrdan Almaniyada ödənişsiz oxu!

📙 11-ci sinifdə oxuyan və alman dili səviyyəsi B1 olan gənc dostlar! 🧑🏻‍💼👩🏼‍💼

🇩🇪 Almaniyada iqtisadiyyat, hüquq, siyasi elmlər və ya kulturologiya üzrə ÖDƏNİŞSİZ oxumaq istəyirsinizsə, bəxtiniz gətirib. Artıq Almaniyada deyil, Bakıda imtahan vermək şansınız var!

Ətraflı məlumat və kömək “ARI”da!

📍 Fətəli xan Xoyski prospekti, 108b

AZ1072, Bakı, Azərbaycan.

☎️ +994 12 480 40 28

📞 +994 55 224 00 54

🖥 www.aritehsil.az

📧 hello@aritehsil.az

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin yeni ofisinin rəsmi açılış tədbiri

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin yeni ofisinin rəsmi açılış tədbiri keçirilib. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Elm və təhsil nazirliyinin nümayəndələri, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri, müxtəlif yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış tədbirində çıxış edən ARI Beynəlxalq Dil və İmtahan mərkəzinin direktoru İnarə Əliyeva qonaqları salamlayaraq mərkəzin fəaliyyəti, uğurları və hədəfləri haqqında məlumat verib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin sədr müavini, professor cənab Musa Qasımlı, Milli Məclisin üzvü, deputat cənab Naqif Həmzəyev, Milli Məclisin üzvü, deputat cənab Ramil Həsən, Avstriya səfirliyinin konsulu cənab Gerhard Lutz, Türkiyə səfirliyinin təhsil müşaviri cənab Ali Rıza Altunel, Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Tobias Bauman, TRT Bakı təmsilçisi, dəyərli Murat Akkoç, YAP Yasamal rayon təşkilatının sədri cənab Bəxtiyar Nəbiyev elm və təhsilin inkişafı istiqamətində ARI-ya uğurlar arzulayıblar.

2010-cu ildən etibarən fəaliyyət göstərən ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin Elmlər Akademiyası yaxınlığında yerləşən yeni ofisi tələbələr üçün daha əlçatan olacaq.
Mərkəzdə alman, ingilis, fransız və digər bu kimi dillərin tədrisi ilə yanaşı ABŞ, Kanada, Almaniya, Türkiyə və müxtəlif Avropa ölkələrində təhsil almaq istəyən tələbələrə konsultasiya xidməti göstərilir, onlara individual olaraq ən uyğun və doğru istiqamətlənmiş yol xəritəsi təqdim edilir.

Tələbələr həmçinin, yüksək ixtisaslı peşəkar müəllim heyəti tərəfindən SAT, TOEFL, IELTS kimi beynəlxalq ingilis dili imtahanlarına tam məsuliyyətlə hazırlaşırlar. Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan mərkəzi alman dili üzrə beynəlxalq imtahan hesab edilən ÖSD və TELC imtahan mərkəzinin rəsmi və yeganə təmsilcisidir.

Bütün bu xidmətlərdən yararlanmaq istəyən şəxslər məkrəzin yeni ofisinə yaxınlaşa və ya sosial media hesablarından ətraflı məlumat əldə edə bilərlər.
 

Bonn Universiteti - Adəm Ağayev

Daha bir tələbəmizi Almaniyaya yola saldıq! 
Adəm Ağayev nüfuzlu Rheinische Friedrich-Wilhelms-Universität Bonn Universitetində tibb təhsili alacaq.

"Türkiye bursları"nı necə qazanmalı?

🔰 “ARI”nın növbəti seminarı “Türkiye Bursları” təqaüd proqramına həsr olunmuşdu.

Bu dəfə sözügedən təqaüd proqramı ilə 🇹🇷 Koç Universitetinin 1-ci kursunda təhsil alan Azad Aslanlı həm təqaüdü necə qazanmasından danışdı, həm də oxuduğu universitetdəki təhsil mühiti haqqında suallara cavab verdi. 🧑🏻‍💼

🔺 Seminarlarımız davam edəcək. Öncəki seminarlarımız və xaricdə təhsil tövsiyələrimiz üçün Youtube kanalımızı izləməyi unutmayın. ▶️

“ARI” xarici təhsil mərkəzinin “8 qız – ∞ ümid” layihəsinin qalibləri açıqlanıb

“ARI” xarici təhsil mərkəzinin reallaşdırdığı “8 qız – ∞ ümid” layihəsi başa çatıb. Şirkət çoxsaylı müraciətçilər içindən seçdiyi 8 qalibin adını açıqlayıb. Öncədən elan edildiyi kimi, xaricdə təhsil almaq arzusunda olan və xaricdə təhsil tələblərinə cavab verən 8 qıza tam ödənişsiz xidmət göstəriləcək.

Artıq 8 qaliblə müqavilələr imzalanıb, xarici universitetlərə müraciətlər başlayıb!

Afərin, qızlar! Qəbul xəbərlərinizi paylaşacağımız günü səbirsizliklə gözləyirik!