Xaricdə orta təhsil

 

XARİCDƏ TƏHSİL BLOQU

TƏLƏBƏ RƏYLƏRİ

XARİCDƏ TƏHSİL XƏBƏRLƏRİ

“ARI” və OEAD-ın birgə seminarı

“ARI” xaricdə təhsil mərkəzinin direktoru İnarə Əliyeva və OEAD-nin Azərbaycandakı rəhbəri Noemi Tanços UNEC TUDİFAK tələbələrinə Avstriya və Almaniyada təhsil mövzusunda seminar veriblər. Bir neçə saat çəkən tədbirdə məruzəçilər tələbələri bu iki ölkənin təhsil sistemi haqqında ətraflı məlumatlandırıblar və tələbələri maraqlandıran sualları cavablandırıblar.

"How to improve Students' English speaking skills" adlı təlim

🗓️ 26 fevral tarixində mərkəzimizdə İngilis dili müəllimləri üçün nəzərdə tutulmuş "How to improve Students' English speaking skills" adlı təlim keçirildi.

Təlimçimiz, Bakı Mühəndislik Universitetinin İngilis dili fakültəsinin rəhbəri, Azərbaycan İngilis dili müəllimləri Assosiasiyasının üzvü Nərminə Əliyeva ilə keçirilən interaktiv təlimdə iştirakçılara ətraflı izah verildi, qrup şəklində tapşırıqlar edildi. 🇬🇧

Sonda hər bir iştirakçı sertifikatla təltif olundu və xatirə şəkli çəkdirildi. 📸

📍 Lətif İmanov küç. 35. (Elmlər Akademiyası metrosunun yaxınlığı)

☎️ +994 12 480 40 28
📞 +994 55 224 00 54

🖥 aritehsil.az
📧 hello@aritehsil.az

#xaricdetehsil #education #studyabroad #study #university #studentvisa
 

ARI-nın növbəti görüşü  XXI Əsr Məktəbində keçirildi

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzinin həyata keçirdiyi silsilə görüşlərdən biri də XXI Əsr Məktəbində, 9 və 10-cu sinif şagirdləri ilə keçirildi. 🙌

Görüşün əsas məqsədi şagirdləri xaricdə top universitetlərə qəbul almaq üçün nələrə diqqət etmək lazım olduğuna dair geniş formada məlumatlandırmaq idi.

Seminarın ilk hissəsində xaricdə təqaüd imkanları, ixtisas seçimi, dil sertifikatları və s. mövzular haqqında dolğun məlumatlar verildi.

Görüşün davamında isə şagirdlərin sualları cavablandırıldı. Tədbir şagirdlər və müəllimlər tərəfindən olduqca maraqla qarşılandı. 🙂

Sonda isə xatirə şəkli çəkdirildi.

Xaricdə təhsilə nə vaxt başlamalı?

Xaricdə oxumaq üçün ən uyğun vaxt nə vaxtdır? 
Universitetə birbaş xaricdə başlamağın faydaları və riskləri nədən ibarətdir?  
"ARI" xaricdə təhsil mərkəzinin direktoru İnarə Əliyeva İctimai Televiziyanın “Dikdaban” verilişində sualları cavablandırır.

Xarici universitetdə hansı ixtisası seçmək daha perspektivli sayılır? İxtisas seçiminə valideyn müdaxiləsi olmalıdırmı? 

 “ARI” xaricdə təhsil mərkəzinin direktoru İnarə Əliyevanın tövsiyələri sizə yol göstərəcək.

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Azərbaycan Texniki Universitetində

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Azərbaycan Texniki Universitetinin tələbələri üçün infosessiya təşkil edib. 🙌

18 oktyabr 2023-cü il tarixində ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi (ARI və BDM) tərəfindən Azərbaycan Texniki Universitetinin tələbələri üçün “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində infosessiya təşkil olunub.

🌏 Tədbirdə çıxış edən ARI və BDM-in direktoru İnarə Əliyeva tələbələrə xaricdə təhsilin onlara xüsusi faydası, xaricdə təhsil üçün ilk olaraq nələri etməli olduqları, hansı ölkə və şəhəri seçmək üçün necə qərar verməli olduqları, doğru ixtisas seçimi, xaricdə ictimai və mədəni tədbirlərdə necə iştirak etməli olduqları barədə ətraflı məlumat verib. Bunlardan əlavə, qəbul aldıqdan sonrakı proses və məzun olduqdan sonrakı iş imkanları barəsində danışıb.

İnteraktiv formada keçən təlimdə tələbələrlə müzakirələr aparılıb, onların mövzu haqqında fikirləri öyrənilib və bütün sualları cavablandırılıb. ✅

Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində ölkəmizdəki ali təhsil müəssisələrində silsilə infosessiyalar və təlimlər təşkil edir.

📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35

📞 +994 55 224 00 54