İtaliya qədim mədəniyyət beşiyi olması, zəngin mətbəxi, ötən yüzillikdə dünya mədəniyyətinin əksər sahələrinə istiqamət verməsi ilə öyünə bilər. “ARI”nın təşkil etdiyi seminarda isə Roma Biotibb Universitetinin (Università Campus Bio-Medico di Roma) tələbəsi Cümşüd Həsənov bu maraqlı ölkəni həm də keyfiyyətli təhsil mərkəzi kimi tanıtdı.
Qədim Roma həm də keyfiyyətli və müasir təhsil mərkəzidir.
Biotibb Universitetinin (Università Campus Bio-Medico di Roma) tələbəsi, gələcəyin cərrahı Cümşüd Həsənov İtaliyadakı tələbə həyatı haqqında danışır.