🗓️ 26 fevral tarixində mərkəzimizdə İngilis dili müəllimləri üçün nəzərdə tutulmuş "How to improve Students' English speaking skills" adlı təlim keçirildi.
Təlimçimiz, Bakı Mühəndislik Universitetinin İngilis dili fakültəsinin rəhbəri, Azərbaycan İngilis dili müəllimləri Assosiasiyasının üzvü Nərminə Əliyeva ilə keçirilən interaktiv təlimdə iştirakçılara ətraflı izah verildi, qrup şəklində tapşırıqlar edildi. 🇬🇧
Sonda hər bir iştirakçı sertifikatla təltif olundu və xatirə şəkli çəkdirildi. 📸
📍 Lətif İmanov küç. 35. (Elmlər Akademiyası metrosunun yaxınlığı)
☎️ +994 12 480 40 28
📞 +994 55 224 00 54
🖥 aritehsil.az
📧 hello@aritehsil.az
#xaricdetehsil #education #studyabroad #study #university #studentvisa
🎓 Seminarımızda Almaniyada PhD təhsili, qəbul şərtləri və s. mövzular müzakirə olundu.
🇩🇪 Seminarımızın budəfəki qonağı isə DAAD proqramının Beynəlxalq Münasibətlər ixtisası üzrə Master və daha sonra PhD təqaüdü qazanmış, Johannes Gutenberg Universität Mainz-in doktorantura məzunu Dr. Elnurə Civəzadə idi.
Hər birinizi növbəti seminarlarımıza gözləyirik. 🙂
📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35
📞 +994 55 224 00 54
#xaricdetehsil #studyabroad
#aritehsil #aribilir
Dünyanın və Kanadanın top universitetlərindən olan Toronto Universitetinin nümayəndəsi ARI-da tələbələrimizlə görüşdü.
Universitetin qəbul şöbəsi üzrə nümayəndəsi Misha Vorotyntsev öz çıxışında Toronto Universitetinin qəbul şərtləri, təqaüd şansları haqqında ətraflı məlumat verdi.
30 noyabr tarixində mərkəzimizdə Özyeğin Universitetinin nümayəndəsinin iştirakıyla seminar keçirildi.
Seminarda universitetin qəbul şərtləri, tədris proqramı və s. mövzular müzakirə olundu.
Noyabrın 23-ü mərkəzimizdə “Amerikada Magistratura təhsili” adlı seminar keçirildi.
Seminarda John Hopkins Universitetinin tələbəsi Kürşat Gök öz təcrübələrini bölüşdü və tələbələrimizin suallarını cavabladı.
🔰 “ARI”nın növbəti seminarı “Türkiye Bursları” təqaüd proqramına həsr olunmuşdu.
Bu dəfə sözügedən təqaüd proqramı ilə 🇹🇷 Koç Universitetinin 1-ci kursunda təhsil alan Azad Aslanlı həm təqaüdü necə qazanmasından danışdı, həm də oxuduğu universitetdəki təhsil mühiti haqqında suallara cavab verdi. 🧑🏻💼
🔺 Seminarlarımız davam edəcək. Öncəki seminarlarımız və xaricdə təhsil tövsiyələrimiz üçün Youtube kanalımızı izləməyi unutmayın. ▶️
“ARI” xaricdə təhsil mərkəzinin direktoru İnarə Əliyeva və OEAD-nin Azərbaycandakı rəhbəri Noemi Tanços UNEC TUDİFAK tələbələrinə Avstriya və Almaniyada təhsil mövzusunda seminar veriblər. Bir neçə saat çəkən tədbirdə məruzəçilər tələbələri bu iki ölkənin təhsil sistemi haqqında ətraflı məlumatlandırıblar və tələbələri maraqlandıran sualları cavablandırıblar.
İtaliya qədim mədəniyyət beşiyi olması, zəngin mətbəxi, ötən yüzillikdə dünya mədəniyyətinin əksər sahələrinə istiqamət verməsi ilə öyünə bilər. “ARI”nın təşkil etdiyi seminarda isə Roma Biotibb Universitetinin (Università Campus Bio-Medico di Roma) tələbəsi Cümşüd Həsənov bu maraqlı ölkəni həm də keyfiyyətli təhsil mərkəzi kimi tanıtdı.
Qədim Roma həm də keyfiyyətli və müasir təhsil mərkəzidir.
Biotibb Universitetinin (Università Campus Bio-Medico di Roma) tələbəsi, gələcəyin cərrahı Cümşüd Həsənov İtaliyadakı tələbə həyatı haqqında danışır.
“ARI”nın növbəti seminarı Almaniyada ştudienkollec oxumaq istəyənlər üçün təşkil olundu. Bu görüşdə Beynəlxalq Dil və İmtahan Mərkəzinin yetirməsi, TU Münhen T-Kurs tələbəsi Taleh Babayev “Studienkolleg”dəki təhsil barədə ətraflı məlumat verdi.
Seminar iştirakçılarını hər şey maraqlandırırdı: imtahanlar, dərslər, xarici tələbələrə münasibət, yaşayış xərcləri, yemək mədəniyyəti. Gələcəyin elektronika mühəndisi Taleh Babayev bütün sualları böyük həvəslə cavablandırdı.
“ARI”da təşkil olunan seminarda Amerika Birləşmiş Ştatlarının Kansas Universitetinin tələbəsi Firəngiz Qənbərli Amerikadakı tələbə həyatı haqqında sualları cavablandırdı. O, əksər gənclərin xəyalı olan Amerika haqqında təəssüratlarını bölüşərkən bu ölkədə təhsil almağın üstünlükləri və çətinlikləri haqqında ətraflı məlumat verdi.
Belçikanın Löven Katolik Universitetində təhsil alan Atabəy Cəmili “ARI”da keçirilən seminarda Belçikadakı tələbə həyatı, təhsil sistemi, imtahanlar haqda ətraflı məlumat verdi.
Belçikada xarici tələbə olmaq çətindirmi? Belçikanın təhsil sistemi nə ilə fərqlənir? Birinci kurs tələbəsi Atabəy Cəmili Belçikadakı tələbə həyatından danışır.