Xaricdə yay məktəbləri

XARİCDƏ TƏHSİL BLOQU

TƏLƏBƏ RƏYLƏRİ

XARİCDƏ TƏHSİL XƏBƏRLƏRİ

QƏBULUMUZ VAR! - Fəridə Səfərli

 “ARI”ya okeanın o tayından cavab gəldi! Tələbəmiz Fəridə Səfərli ABŞ-ın tanınmış universitetlərindən USF-ə (University of South Florida), biotibb mühəndisliyi ixtisasına qəbul olunub! 🔺 Həm də 75% “USF Green and Gold Presidental Award” təqaüdü ilə!

🎈 Tələbə adın mübarək, əziz Fəridə! Sənə Amerikada uğurlar!

"ARI" xaricdə təhsil alan qızların yanındadır - Afərin, qızlar!

“ARI” xaricdə təhsil mərkəzi qızların xaricdə təhsil almasını həmişə dəstəkləyir. Odur ki, bu il də 8 Mart bayramını dövlət sərhədlərindən öncə düşüncələrdəki sədləri aşa bilən qızlarımızla birlikdə qeyd etmək qərarına gəldik. Xaricdə oxuyan qızların iştirakı ilə bir videoçarx hazırladıq. Layihədə 10 ölkədən 24 tələbənin göndərdiyi foto və videomateriallardan istifadə olunub.

Təəssüf ki, qızların xaricdə təhsil almasına cəmiyyət birmənalı yanaşmır. Amma bizim qızlar ən çətin ixtisasları seçməklə, ağır dərs proqramlarını uğurla başa vurub diplom almaqla fərqli mentalitetə malik ölkələrdə belə yaşaya bildiklərini, bütün çətinliklərin öhdəsindən təkbaşına gəldiklərini sübut edirlər. Biz də bu cəsur qızların əzmini bir daha hamıya nümayiş etdirmək istədik.

İzləyicilərin rəğbətini qazanan videoçarx hazırda sosial mediada #afərinqızlar həştəqi ilə paylaşılmaqdadır. 

"Türkiye bursları"nı necə qazanmalı?

🔰 “ARI”nın növbəti seminarı “Türkiye Bursları” təqaüd proqramına həsr olunmuşdu.

Bu dəfə sözügedən təqaüd proqramı ilə 🇹🇷 Koç Universitetinin 1-ci kursunda təhsil alan Azad Aslanlı həm təqaüdü necə qazanmasından danışdı, həm də oxuduğu universitetdəki təhsil mühiti haqqında suallara cavab verdi. 🧑🏻‍💼

🔺 Seminarlarımız davam edəcək. Öncəki seminarlarımız və xaricdə təhsil tövsiyələrimiz üçün Youtube kanalımızı izləməyi unutmayın. ▶️

Həkimlərimizlə keçirilən möhtəşəm görüş

Almaniyada yaşayıb, fəaliyyət göstərən dəyərli həkimlərimizlə keçirilən möhtəşəm görüşdən görüntüləri təqdim edirik. 🤩

Çoxsaylı marağa səbəb olan görüşdə Almaniyada FSP imtahanı, Approbation qaydaları, Berufserlaubnis (iş icazəsi) və s. məlumatlar verildi və iştirakçıların sualları cavablandırıldı.

Qeyd edək ki, mərkəzimizdə mütəmadi olaraq təhsilin müxtəlif qolları üzrə seminar və təlimlər keçilir, görüşlərimizi qaçırmamaq üçün bizi izləmədə qalın. 🙂

📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35

📞 +994 55 224 00 54

#rezidentura #approbation #seminar

#aritehsil #aribilir

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Azərbaycan Texniki Universitetində

ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi Azərbaycan Texniki Universitetinin tələbələri üçün infosessiya təşkil edib. 🙌

18 oktyabr 2023-cü il tarixində ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi (ARI və BDM) tərəfindən Azərbaycan Texniki Universitetinin tələbələri üçün “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində infosessiya təşkil olunub.

🌏 Tədbirdə çıxış edən ARI və BDM-in direktoru İnarə Əliyeva tələbələrə xaricdə təhsilin onlara xüsusi faydası, xaricdə təhsil üçün ilk olaraq nələri etməli olduqları, hansı ölkə və şəhəri seçmək üçün necə qərar verməli olduqları, doğru ixtisas seçimi, xaricdə ictimai və mədəni tədbirlərdə necə iştirak etməli olduqları barədə ətraflı məlumat verib. Bunlardan əlavə, qəbul aldıqdan sonrakı proses və məzun olduqdan sonrakı iş imkanları barəsində danışıb.

İnteraktiv formada keçən təlimdə tələbələrlə müzakirələr aparılıb, onların mövzu haqqında fikirləri öyrənilib və bütün sualları cavablandırılıb. ✅

Qeyd edək ki, ARI Beynəlxalq Dil və İmtahan Mərkəzi “Xaricdə təhsil yolu” layihəsi çərçivəsində ölkəmizdəki ali təhsil müəssisələrində silsilə infosessiyalar və təlimlər təşkil edir.

📍 Ünvan: Elmlər Akademiyası m/st, Lətif İmanov küç. 35

📞 +994 55 224 00 54